Məhsullarınızın etibarlı və dayanıqlı inkişafında ən böyük dəstəkçiniz
1991-ci ildən fəaliyyət göstərən «Aqrokimya» MMC geniş işçi heyəti, peşəkar yanaşma üsulları və yüksək keyfiyyətli məhsulları ilə ölkənin kənd təsərrüfatı sahəsində lider olmağı bacarmışdır. Şirkət bu dövr ərzində respublikaya bitki mühafizəsi vasitələrini ( pestisidlər, gübrələr, toxumlar, mikroelementlər və s. kənd təsərrüfatı təyinatlı mallar) idxalı edərək, kənd təsərrüfatı müəssisələrinin, yerli fermerlərin keyfiyyətli və səmərəli məhsullarla təmin olunmasını əsas hədəf kimi müəyyənləşdirmişdir.
Şirkət olaraq, əsas missiyamız ətraf-mühitə zərər vermədən, ekoloji cəhətdən təmiz, keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalında aqrokimyəvi xidmətin yeniliklərini və qabaqcıl təcrübəni tədbiq etməkdir.
Bu il istehsal edilən kənd təsərrüfatı məhsulunun ümumi dəyəri açıqlanıb
Azərbaycanda ilk dəfə olaraq “Albalı və gilas” festivalı keçiriləcək
Kolorado kartof böcəyinə qarşı bunları edin - Fermerlərə tövsiyə
Yeniliklərdən ilk siz xəbər tutun