phone (994 12) 430-30-62

Haqqımızda

«Aqrokimya» MMC

1991-ci ildən fəaliyyət göstərən «Aqrokimya» MMC geniş işçi heyəti, peşəkar yanaşma üsulları və yüksək keyfiyyətli məhsulları ilə ölkənin kənd təsərrüfatı sahəsində lider olmağı bacarmışdır. Şirkət bu dövr ərzində respublikaya bitki mühafizəsi vasitələrini ( pestisidlər, gübrələr, toxumlar, mikroelementlər və s. kənd təsərrüfatı təyinatlı mallar) idxalı edərək, kənd təsərrüfatı müəssisələrinin, yerli fermerlərin keyfiyyətli və səmərəli məhsullarla təmin olunmasını əsas hədəf kimi müəyyənləşdirmişdir.

«Aqrokimya» MMC həmçinin, dünyanın bir çox aparıcı bitki mühafizəsi vasitələri, gübrə, toxum və digər aqrokimyəvi məhsul istehsalçılarının Azərbaycandakı rəsmi distribütorudur. Onların sırasında bitki mühafizəsi vasitələri üzrə İsveçrənin «Syngenta Agro AG», Almaniyanın «Bayer CropScience AG», Amerika Birləşmiş Ştatlarının «DOW AgroSciences»,  Türkiyənin «Koruma Klor Alkalı» , İspaniyanın «AgriTechno», Rusiyanın «Uralxim» şirkətlərini, yarpaq və kök gübrələri üzrə İtalyanın «Valagro», Belçikanın «Tessenderlo Group», İsrailin «Haifa Chemicals», Rusiyanın «Evroxim» şirkətlərini, bitki toxumları üzrə İsveçrənin «Syngenta Seeds» şirkətini, torf satışı üzrə isə Estonianın «Mikskaar» şirkəti yer alır.

Komandamızda ümumilikdə 70-dən çox əməkdaş fəaliyyət göstərir ki, onlardan iki nəfər bitki mühafizəsi ixtisası üzrə elmlər namizədi, 5 nəfər isə alim-aqronomdur.

Şirkət olaraq, əsas missiyamız ətraf-mühitə zərər vermədən, ekoloji cəhətdən təmiz, keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalında aqrokimyəvi xidmətin yeniliklərini və qabaqcıl təcrübəni tədbiq etməkdir.

Hazırda «Aqrokimya» MMC-nin 26-dan çox filial və bölgə nümayəndəlikləri mövcuddur.