phone (994 12) 430-30-62
(994 12) 497-06-49
phone Şikayət üçün:
(994 51) 232-60-60

"Aqrokimya" MMC-nin təşkilatçılığı ilə Tovuz rayonunda növbəti elmi-praktiki seminar keçirilib

28 oktyabr 2022-ci il tarixində "Aqrokimya" MMC-nin təşkilatçılığı ilə bitkilərin müasir texnologiyalarla yetişdirilməsi mövzusunda Tovuz rayonunda növbəti elmi-praktiki seminar keçirilib. 

Seminarda üzüm, kartof və taxıl bitkilərinin düzgün yetişdirilməsində biostimulyatorların, pestisidlərin və gübrələrin əhəmiyyəti haqqında geniş müzakirələr aparılıb.

Regionlarda kənd təsərrüfatı məhsulları istehsalçılarını maarifləndirmək məqsədilə bu cür seminarlar şirkətimiz tərəfindən mütəmadi olaraq həyata keçirilir.

22-11-2022