phone (994 12) 430-30-62

Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri açıqlanıb

2022-ci ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 10 milyard 383,8 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, istehsal edilən məhsulun 4 milyard 952,5 milyon manatı heyvandarlıq, 5 milyard 431,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,3 faiz, bitkiçilik məhsulları üzrə isə 3,4 faiz artıb.

05-01-2023