phone (994 12) 430-30-62
(994 12) 497-06-49
phone Şikayət üçün:
(994 51) 232-60-60

Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri artıb

2022-ci ilin yanvar-fevral ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 774,7 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, dəyərin 733,5 milyon manatı heyvandarlıq, 41,2 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,1 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,5 faiz, bitkiçilik məhsulları üzrə 14,1 faiz artmışdır.

28-03-2022