phone (994 12) 430-30-62
(994 12) 497-06-49
phone Şikayət üçün:
(994 51) 232-60-60

Bu gün Azərbaycanda Anım Günüdür

27 sentyabr Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının,  mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını almaq məqsədi ilə cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. Sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi.

Prezident Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

Bu çıxışdan sonra xalq "dəmir yumruq" kimi Ali Baş Komandanın ətrafında birləşdi. Ölkədə qismən səfərbərlik elan edildi, amma bütün Azərbaycan oğulları 30 ilin qisasının almaq, torpaqlarımızı düşmənlərdən azad etmək üçün ayağa qalxdı. Siyasətdə Prezidentin gücü ilə qalib gələn xalqımızın 2908 hərbçisi döyüş meydanında qanı bahasına torpaqlarımızın azadlığı uğrunda vuruşaraq şəhidliyə yüksəldi. Hər birinin bir amalı var idi - "Hər şey Vətən üçün". Döyüşlərdə igidliklə vururşaraq itkin düşən 6 hərbçimizin cənazəsi isə hələ də tapılmayıb.

Beləliklə, uzun illər erməni işğalı altında olan Azərbaycanın əzəli və əbədi torpaqları azad olundu. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, eləcə də insanların öz yurdlarına qayıdışı təmin olunur.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Allah şəhidlərimizə rəhmət eləsin!

27-09-2022