İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma birinci olub
Cari ilin noyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (45,3 milyon ABŞ dolları) birinci olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayına istinadla məlumata görə, elektrik enerjisi (31,2 milyon ABŞ dolları) ikinci və qızıl (25 milyon ABŞ dolları) üçüncü olub.